Azərbaycan rəhbərinin baxımsız qalan nəqliyyat vasitəsi - FOTO

Şəkinin tarixi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi bütün türk dünyası üçün ciddi uğurdur. Bu hadisədən sonra Şəki şəhərində bir çox işlər görülməyə başladı. Bunlardan biri də açıldığı gündən əsaslı təmir üzü görməyən Tarix-Diyarşünaslıq Muzeyinin bərpası oldu. Çar ordusunun köhnə kazarmasında yerləşən muzeyin bərpasına 2 il əvvəl başlanıb, eksponatlar başqa yerə daşınıb. Lakin 2 eksponatdan başqa.
Bunlardan biri 1812-ci ilin istehsalı olan topdur ki, onu yerindən yalnız kranla qaldırmaq olar. Həm də qar, yağış tökmə metala təsir etmir. Muzey yaranandan bu top llüəsi oturacaq rolu oynayıb.
Amma eyni şeyi 19-cu əsrin sonlarında hazırlanmış fayton barədə deyə bilmərik. Sözügedən faytonla bağlı 3 il əvvəl avtosfer.az saytında məlumat vermişdik. O zaman muzey fəaliyyətdə idi.
İndi isə kiçik əşyalar daşınsa da, faytonu təbii amillərdən qorumaq üçün başqa yerə aparmaq nədənsə yaddan çıxıb. Artıq 2 ildən çoxdur ki, bu fayton muzeyin həyətində, üzərinə polietilen örtük çəkilmiş halda qalıb. Bu örtük nadir eksponatı Şəkinin sərt iqlimindən qoruya bilmir.
Fayton istehsal dövrünə görə qiymətli eksponatdır. Buna görə də, onu həm indi mühafizə altına almaq, həm də peşəkar şəkildə restavrasiya etmək zəruridir.
Bu eksponatı daha da dəyərli edən Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1-ci Sədri Nərimanov Nərimanovun 1920-ci ilin aprelində bu faytonla Yevlaxdan Şəkiyə gəlməsidir.
Doktor özü bu barədə yazırdı: “Məni faytonla şəkili Abdulkərim gətirdi. Onun şirin Şəki ləhcəsi ilə danışığı lətifələri elə ürəkaçan oldu ki, biz 6 saatlıq yolu sanki 6 dəqiqəyə gəldik".
Yerli əhalinin dediyinə görə, bu fayton atadan oğula ötürülməklə 70-ci illərədək istismar edilib. Sonuncu sahibi onu sovet dövründə təzə açılmış muzeyə hədiyyə edib.
Uzun sözün qısası, bu eksponat bir neçə parametr üzə qiymətlidir. Onun qədrini bilmək, peşəkar şəkildə qorumaq zəruridir. Nəzərə alaq ki, Azərbaycan muzeylərində 19-cu əsrə aid nəqliyyat vasitələrinin sayı 1 əlin barmaqları qədər deyil.
Vüqar Yaşaroğlu
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB

















