Azərbaycan sərhədini pozmağa cəhd edən İraq vətəndaşı saxlanılıb - FOTO
Hadisə
24 İyul 2025 18:09
Oxunub 238

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Qeyd edilib ki, saxlanılan şəxs İraq vətəndaşı Savfan Məhəmməd Əsəddir.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














