Azərbaycana gətirilməsi üçün aldıqları maşınlar Potidə qaldı - İş adamı həbs edildi

Barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olmuş iş adamı, 1959-cu il təvəllüdlü Sənan Ağamirov həbs edilib. “Qafqazinfo”nun məlumatına görə, barəsində bir neçə gün əvvəl cinayət işi açılan S.Ağamirov haqda Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Belə ki, bir müddət əvvəl 10 nəfərə yaxın şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək Sənan Ağamirovun onları aldadaraq xeyli məbləğdə pullarını ələ keçirməsini bildirmişdi. Həmin şəxslər Koreyadan aldıqları avtomobillərin Azərbaycana gətirilməsi ilə bağlı ona xeyli məbləğdə daşınma xərci və xidməthaqqı ödədiklərini deyiblər. Lakin avtomobillər Gürcüstanın Poti limanına kimi gətirilsə də, sonradan Azərbaycana göndərilməyib və maşınlar orada qalıb.
Bundan başqa, daha bir şikayətçi – E.Abbasov da S.Ağamirovun ondan Koreyadan maşın alıb gətirmək adı ilə 93 500 manat alması barədə şikayət ərizəsi yazıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, S.Ağamirovun adı əvvəllər başqa qalmaqallı hadisələrdə də hallanıb.

Fotoda Sənan Ağamirov
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO










