Azərbaycana məxsus “amfibiya”nın Türkiyədə yanğın söndürdüyü ərazidən REPORTAJ - VİDEO

Türkiyənin Muğla əyalətində 4 gün əvvəl başlayan şiddətli meşə yanğınları artıq tam nəzarət altına alınıb.
Avtosfer.az xəbər verir ki, APA-nın bölgəyə ezam olunmuş əməkdaşı yanğının söndürüldüyü ərazilərdə çəkiliş aparıb. Qeyd edək ki, Muğlada başlayan yanğınlar ümumilikdə 4 500 hektar ərazini əhatə edib. Yanğınlar Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə olunub. Bundan əlavə, yanğın bölgələrinə 253 yanğınsöndürən avtomobil, 30-dan çox su daçıyan avtomobil, 46 helikopter və 15 təyyarə olmaqla ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnika cəlb olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınlarının söndürülməsi və genişlənməsinin qarşısını almaq məqsədi ilə buraya ezam olunub. Təyyarəmiz iki uçuş həyata keçirərək yanğın olan ərazilərə120 tondan artıq su boşaldıb. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin Baş məsləhətçisi Turqay Abbaslı azərbaycanlı jurnaıistlərə açıqlamasında qeyd edib ki, ekipaj yerli koordinasiya mərkəzindən yeni tapşırıqlar gözləyərir və həmin tapşırıqlara uyğun olaraq hərəkət istiqamətlərini planlaşdıracaq.
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi










