Azərbaycana narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı həbs olundu - VİDEO - FOTO

Hadisə 30 Avqust 2023 17:40 Oxunub 552
Azərbaycana narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı həbs olundu  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycana narkotikləri uçuş aparatı ilə keçirən İran vətəndaşı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən növbəti əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Füzuli rayonu Qarabağlı kəndi ərazisində keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı, 1980-ci il təvəllüdlü Hosein Qulaməhməd oğlu Fərhadi narkotik maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 35 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana, metamfetamin və 360 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.

Hosein Fərhadi ondan aşkar olunmuş narkotik vasitələri həmyerlisi, Nadir adlı şəxslə qabaqcadan əlbir olub razılaşmaqla sərhəd bölgəsində yerləşən Füzuli rayonuna çatdırdığını bildirib.

Qeyd edək ki, saxlanılan şəxs narkotikləri bu məqsəd üçün xüsusi hazırlanmış motoparaplan (uçuş aparatı) vasitəsilə keçirməyə cəhd göstərib.

Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh