Azərbaycanda 13 yaşlı qız atasının dostundan hamilə qaldı - "Özü də razı idi"

Bərdə rayonunda 45 yaşlı kişi yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham olunub.
Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü Vazeh 2023-cü ilin noyabr ayının ortalarından 2024-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində, dəqiq tarixləri və vaxtları istintaqa məlum olmayan ayrı-ayrı vaxtlarda dostluq münasibətlərində olmaqla evinə gediş-gəlişi olduğu Əmirin yaşadığı Bərdə rayonunun kəndi ərazisində yerləşən fərdi yaşayış evinə gəlib.
O, dostunun yetkinlik yaşına çatmayan qızı Əminə (adlar şərtidir – red.) ilə cinsi əlaqəyə girmək istəyib. Bu istəyini qıza deyib və qızın könüllü razılığı əsasında onunla ailə üzvləri evdə olmadıqları gündüz saatlarında əlaqədə olub.
Vazehin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrar cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Vazeh ona elan olunmuş ittiham üzrə özünü ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, Bərdə rayonu ərazisində, əvvəlki "N" saylı hərbi hissənin yaxınlığında, ünvansız fərdi yaşayış evində müvəqqəti yaşayır və icarəyə götürdüyü "Mercedes Benz C class" markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olub:
"Təxminən 2023-cü ilin fevral ayınadək Bərdə rayonunun kəndində ailəm ilə birlikdə yaşayırdım. Bir ildən artıqdır ki, arvadım ilə boşanmışam, üç uşağım keçmiş arvadımdadır, aliment vermirəm. Himayəmdə uşaq yoxdur. Əmiri 30 ilə yaxındır ki, tanıyıram, aramızda heç bir ədavət və düşmənçilik olmayıb. Əvvəllər kənddə bərbər işləyəndən Əmiri müştəri kimi tanımışam. Sonradan onunla dostluq münasibətlərim yarandı. Mən onun evinə gedib-gəlirdim. Əmirin qızı Əminəni uşaqlıq yaşlarından tanıyıram. O, məni əmisi kimi istəyirdi. Mənim ona qarşı heç bir başqa hissim olmayıb".
Təqsirləndirilən şəxs deyib ki, son vaxtlar Əmirgilə qonaq gedən zaman Əminə onu atasının yanında qucaqlayaraq öpüb:
"Mən də Əminəni eyni ilə qucaqlayaraq yanağından öpürdüm. Bu hərəkətlər ilk baxışdan normal idi. Çünki onun atası ilə dost idim, evlərinə gedib-gəlirdim. Həmçinin Əminənin əmisi yaşındayam. Bu baxımdan Əminənin ailə üzvləri bizim qucaqlaşmağımızı, bir-birimizin yanağından öpməyimizi adi qarşılayırdı. Lakin bu, yavaş-yavaş mənim və Əminənin arasında sevgi münasibətlərinə çevrilirdi. Mən həmin ərəfələr Əminənin istifadə etdiyi, xatırlamadığım mobil nömrəsinə "WhatsApp" vasitəsi ilə yazmağa başladım. Əminəyə yazdıqca görürdüm ki, onun da mənə qarşı eyni hissləri yaşayır. Beləliklə, yazışmağa və danışmağa başladıq, aramızda bir-birimizə qarşı sevgi münasibətləri yarandı. Bundan sonra da onlara getdikdə adi qaydada Əminə ilə bir-birimizi qucaqlayırdıq, bir-birimizi öpürdük. Həmin vaxt onun valideynləri də evdə olurdu. Lakin mən Əminənin gözlərimə diqqətlə baxmasından, məni necə ürəklə qucaqlayaraq öpməsindən sevdiyini hiss edirdim. Əminə görkəmcə nisbətən hündürboylu, sifətcə gözəl, incə bədən quruluşlu qız olduğundan mən də ona qarşı eyni hissləri yaşayırdım".
Vazehin sözlərinə görə, 2023-cü ilin noyabr ayında, dəqiq xatırlamadığı tarixdə dostu Əmirgilin evində qonaq olanda Əminə ona görüşməyi təklif edib:
"Əminə valideynlərindən kənarda mənə "sabah bizə gələrsən, səni öpüb qucaqlamaq istəyirəm" deyə bildirdi. Mən də həmin təklifi qəbul etdim. Oradan çıxaraq evimə getdikdə isə gecə saatlarınadək öz yaşadığım evdə spirtli içki qəbul etdim. Ertəsi gün saat 10 radələrində həmin vaxt idarə etdiyim "VAZ 2107" markalı avtomobilim ilə Əminənin yaşadığı evə getdim. Avtomobilimi evin qarşısında saxladım və qız mənə qapını açdı. Həmin vaxt özüm ilə spirtli içki olan "Yaquar" alaraq gətirmişdim. Əminənin yaşadığı evə daxil olanda bildim ki, həmin vaxt atası, anası və qardaşları evdə yoxdur. Bunu mənə qızın özü də dedi. Mən evin içərisinə daxil olduqdan sonra Əminə ilə qucaqlaşmağa başladım. Həmin vaxt hər ikimiz ehtiraslandıq, yataq otağına keçərək orada əlaqədə olduq. Həmin vaxt Əminə qız uşağı olmasını bildirdi. Ona dedim ki, narahat olma, bəkarətin pozulmayacaq. Bundan sonra əlaqədə olduq. Bundan sonra Əminə ilə sağollaşaraq getdim".
Təqsirləndirilən şəxs deyib ki, daha sonra yenə ara-sıra Əminə ilə "WhatsApp" vasitəsi ilə danışıb və yazışmağa davam edib:
"Mən Əminənin çılpaq bədənini gördüyüm gündən onu unuda bilmirdim və yenə əlaqədə olmaq istəyirdim. O da bunu istəyirdi. Ona görə həmin vaxtdan sonra, 7-10 gün ara ilə təxminən 5-6 dəfə, yəni 2024-cü ilin yanvar ayının ortalarınadək Əminənin yaşadığı evə getmişəm, onunla eyni qaydada, təbii yolla cinsi əlaqədə oldum".
Vazeh qeyd edib ki, daha sonra, yəni 2024-cü ilin fevral ayının əvvəllərində Əminənin anası Mahirə onun anası Kəmaləyə zəng edib, qızının hamilə olmasını və uşağın ondan olmasından şübhələndiyini bildirib:
"Mən bildiyim qədərilə Mahirə qızını sıxışdıraraq mənim onunla əlaqədə olduğumu öyrənib. Anam bu barədə mənə deyən zaman çox narahatlıq keçirməyə başladım və anamı dəvət etdim ki, Bakı şəhərindən Bərdə rayonuna gəlsin, gedib qızı həkimdə yoxladaq. Anam gəldikdən sonra idarə etdiyim avtomobilim ilə Əminəni, anası Mahirəni və öz anamı Bərdə rayonunda "Ayax körpüsü" adlanan körpünün yaxınlığındakı USM kabinetinə apardım. Həmin vaxt saat 21 radələri idi, mən çöldə gözlədim. Anamgil içəri girərək çıxandan sonra Əminənin 2 aylıq hamilə olduğunu bildirdilər. Bundan sonra Əminəni və anasını, həmçinin öz anamı apararaq onları düşürdüm. Özüm isə şəhərə qayıtdım. Bir saatdan sonra yenidən gedərək anamı götürdüm və bacımgilə apardım. Sonradan mənə məlum oldu ki, Əminənin anası qızının ayağını isti suya qoymaqla onun hamiləliyini pozub".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vazeh 1 il müddətə təlim və tərbiyə müəssisələrində istənilən bir vəzifə tutma və peşə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilib, 6 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı
Muzeydən milyonlarla dəyəri olan nadir eksponat oğurlandı
Xırdalanda yolu qazıb yarımçıq qoydular – Sürücülər çətinlik çəkir - VİDEO
Maşınların arasından çıxan piyada qəzadan güclə qurtuldu - VİDEO
Psixoloq fəaliyyəti ilə bağlı AEM-dən mühüm açıqlama: Sənədlərə diqqət EDİN
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO












