Azərbaycanda 22 yaşlı qadın yoldaşı tərəfindən vəhşicəsinə döyülüb - VİDEO

Astarada qadın əri tərəfindən zorakılığa məruz qalıb. Avtosfer.az-ın məlumatına görə, Astarada 2003-cü il təvəllüdlü Nərmin Ceyhun qızı Cəfərli ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Cəfərli vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Qohumlarının verdiyi məlumata görə, Nərmin həyat yoldaşı Mirəhməd Seyidəzim oğlu Ağayev tərəfindən amansızlıqla döyülüb və ölümə təhrik olunub. Qeyd olunub ki, Nərmin və Mirəhməd 2020-ci ildə ailə həyatı qurublar. Ailə arasında dəfələrlə münaqişə olub və qadın, yoldaşı tərəfindən döyülüb. Ailədə eyni hadisə ötən gün də yaşanıb. Hazırda N.Cəfərlinin müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qalır. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
"Neftçilər" stansiyası yaxınlığında yanan avtomobil söndürüldü - VİDEO - YENİLƏNİB
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub








