Azərbaycanda 30 yaşlı kişinin öldürülməsinin ŞOK SƏBƏBİ - VİDEO
Hadisə 14 Fevral 2022 21:20 Oxunub 938
Azərbaycanda 30 yaşlı kişinin öldürülməsinin ŞOK SƏBƏBİ   - VİDEO

Gecə bakıda ağır cinayət olub. 23 yaşlı gənc evinin qarşısında özündən 7 yaş böyük kişini döyüb. Xəsarət alan 30 yaşlı Sabirabad sakini xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Tərəflər arasında hadisəyə səbəb nə olub? 

Səsə-küçəyə çıxan gəncin ''evimin qarşısında yüksəsk tonda danışmayın deməsi'' davaya səbəb olub. Əlbəyaxa dava ölümlə nəticələnib. Ağır cinayət gecə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Rayon prokurorluğundan verilən məlumata görə, saat 2-radələrində 30 yaşlı Eynulla İbadovun almış olduğu xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, 23 yaşlı Yəhya Quliyev aralarında baş vermiş mübahisə zamanı 24 yaşlı  Zamiq Həşimli və 30 yaşlı Eynulla İbadovu taxta parçası ilə döyərək onlara xəsarətlər yetirib. Nəticədə  Eynulla İbadov aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 23 yaşlı Yəhya Quliyev saxlanıb. Yaxınlarının sözlərinə görə, Yəhya gecə saatlarında evdən səs-küy eşidərək küçəyə çıxıb. Qohumu Elvin Sultanov iddia edir ki, həmin şəxslər beş nəfər olub. Onlar Yəhya Quliyevlə əvvəlcə mübahisə, daha sonra isə əlbəyaxa dava ediblər. Hadisəni törətməkdə şübhəli bilinən Yəhya Quliyevin yaxınları deyir ki, o qazidir. 44 günlük vətən müharibəsində Cəbrayıl, Zəngilan və Qubadlının azad edilməsində iştrak edib. Qubadlının azad edilməsi medalı ilə təltif olunub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda ''qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda'' maddəsi ilə cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh