Azərbaycanda bloqer məktəbliyə şikayət edib? - DİN araşdırma aparır

Bakıda valideyn övladının sinif yoldaşının anası tərəfindən zorakılığa məruz qaldığını deyir.
Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Seymur Musayev müraciət edib.
Onun sözlərinə görə, övladı ilə 7-ci sinif şagirdi arasında mübahisə düşüb: “Uşaqdırlar, bu kimi hallar yaşana bilər. Amma digər uşağın valideyninin haqqı yoxdur ki, gəlib mənim övladıma qarşı məktəbdə zorakılıq etsin”.
Atanın iddiasına əsasən, övladı ilə mübahisəli olan uşağın anası məktəbə gələrək onun oğlunu divara itələyib: “Uşaqların arasında mübahisə yaranıb. Lakin uşağın anası mənim oğlumu vuraraq hədələyib. İndi mənim övladım qorxduğu üçün məktəbə getmək istəmir”.
Valideyn qeyd edir ki, tərəflər arasındakı qalmaqala müəllimlər müdaxilə edərək aranı sakitləşdiriblər.
S.Musayev bildirib ki, Sona Qulizadə adlı həmin valideyn özünü bloqer kimi təqdim edərək hədə-qorxu gəlib: “İstədim ki, gəlib övladımdan üzr istəsin. Amma o, mənə dedi ki, kimə şikayət edirsən et, mən bloqerəm”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev bildirib ki, şikayət barədə polisə müraciət olunub. Hazırda ərazi üzrə polis şöbəsində təhqiqat araşdırmaları davam etdirilir.
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










