Azərbaycanda COVID-ə yoluxma artdı: 4 ölü - SON STATİSTİKA
Hadisə 26 İyul 2022 19:15 Oxunub 1060
Azərbaycanda COVID-ə yoluxma artdı: 4 ölü - SON STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 306 yeni yoluxma faktı qeydə alınıb, 258 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avtosfer.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib. 

 

Azərbaycanda indiyədək ümumilikdə 796 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 785 166 nəfər müalicə olunaraq sağalıb, 9 739 nəfər vəfat edib, aktiv xəstə sayı 1977 nəfərdir.

Ölkədə son sutka ərzində 3 739, hazırkı dövrədək isə 7 029 737 test aparılıb.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh