Azərbaycanda DƏHŞƏT: Anasının üzərinə benzin tökərək yandırdı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qovlar şəhəri, Xəqani küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 100kv.m. olan birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin bir otağında yataq dəsti və döşəmə 1kv.m sahədə yanıb. Hadisə nəticəsində 1984-cü il təvəllüdlü Nüşabə Musa qızı Hüseynova vəfat edib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***10:36
Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynlinin yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırdığı iddia edilir.
Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.
***
Tovuzda yanğın hadisəsi baş verib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuzun Qovlar qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.
Yanğın qısa müddətdə ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğın nəticəsində evdə olan 1981-ci il təvəllüdlü N.Hüseynova ağır yanıq xəsarətləri alıb.
Qadın FHN əməkdaşları tərəfindən evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
45 yaşlı qadın ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












