Azərbaycanda dəhşətli cinayət: Yatdığı yerdə... - VİDEO

Qazaxda ailədaxili münaqişə baltalanma ilə nəticələnib. Avtosfer.az APA TV-yə istinadən xəbər verir ki, Qarapapaq kənd sakini 41 yaşlı Eldəniz Xasməmmədov keçmiş həyat yoldaşı, 40 yaşlı İlhamə Xasməmmədovaya balta ilə ağır bədən xəsarətləri yetirib. Yaxınlarının sözlərinə görə, Eldəniz keçimş həyat yoldaşını yatdığı zaman vurub. Onlar bir müddət əvvəl boşansalar da, məhkəmə qadına həmin evdə yaşamaq hüququ verib.
Ağır xəsarətlər alan qadın Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkim Gülər Vəkilova deyir ki, xəstə daxil olarkən ağır vəziyyətdə idi: “Huşsuzdur, bədəni ağır travma almışdır. Xəstəyə intensiv terapiya fonunda reanimasiyon tədbirlər aparıldı və xəstənin vəziyyəti hal-hazırda ağır olaraq stabil qalır. Xəstənin yuxarı ətraflarında və başında kəsilmiş, yaralar aşkar olundu”.
İlhamə Xasməmmədovaya baltayla ağır xəsarətlər yetirməkdə şübhəli bilinən Eldəniz Xasməmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Eldəniz Xasməmmədov rayondakı kafelərdən birində ofisiant işləyirmiş.
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO












