Azərbaycanda dəhşətli qətl: 3 yaşlı qızı öldürüb quyuya atdı - CİNAYƏT İŞİ - VİDEO

Hadisə 2 Fevral 2024 23:08 Oxunub 564
 Azərbaycanda dəhşətli qətl:  3 yaşlı qızı öldürüb quyuya atdı - CİNAYƏT İŞİ    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə quyudan meyiti tapılan 4 yaşlı qızın qətlə yetirilməsilə bağlı reportaj hazırlanıb.

ARB kanalında reportaj yayımlanıb. Reportajda baş verən dəhşətli cnayət barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, 2022-ci il yanvarın 31-də Bakı şəhər Qala qəsəbəsində dərinliyi təxminən 10 metr olan quyudan 4 yaşlı qızın meyiti tapılıb.

Aparılan araşdırmalar nəticəsində 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin öldürüldüyü və daha sonra həmin quyuya atıldığı üzə çıxıb.

Araşdırma zamanı məlum olub ki, 4 yaşlı Məryəm Hüseynli öldürülüb quyuya atıldıqdan sonra izi itirmək məqsədilə üzərinə qum və daha sonra mişar daşı tökülüb. Xilasedicilər onun meyitini dərinlikdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanılıb. Zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov şübhəli şəxs qismində tutulub.Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh