Banner

Azərbaycanda dəhşətli qətl: ÖLƏN var - FOTO - YENİLƏNİB

Hadisə 3 Fevral 2026 10:56
Azərbaycanda dəhşətli qətl: ÖLƏN  var - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, gecə saatlarında Gəncədə 25 yaşlı Röyal Məmmədov aldığı bıçaq xəsarətindən xəstəxanada ölüb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qətlə yetirilən R.Məmmədov Vətən müharibəsi iştirakçısı olub.

***10:00

Gəncədə 24 yaşlı oğlanın öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Avtosfer.az-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, fevralın 3-də 2001-ci il təvəllüdlü Röyal Məmmədovun xəsarətlər alması, yerləşdirildiyi xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla cinayətin 1988-ci il təvəllüdlü Murad Hacıyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, M.Hacıyev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

***

Gəncədə bıçaqlanan şəxs xəstəxanada ölüb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, əməliyyat zamanı həkimlərin bütün tibbi yardımlarına baxmayaraq 25 yaşlı R. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Gəncə sakininə kəsici alətlə xəsarət yetirilib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü R. Məmmədov bədənin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxunub 158
ŞƏRH YAZ
Ad

E-mail

Şərh