Azərbaycanda gəlin qaynatasından uşaq dünyaya gətirdi - 7 il sonra həqiqət üzə çıxdı

Azərbaycanda işə düzəlmək istəyən 35 yaşlı kişi dəhşətli faktla üzləşib.
Avtosfer.az qafqazinfo-ya istinadla xəbər verir ki, beynəlxalq şirkətlərdən birinə işə düzələn Ramin Həsənov (ad-soyadlar şərti) tibbi müayinə zamanı həyatını dəyişəcək həqiqəti öyrənib.
Paytaxt sakini 8 il əvvəl ailə qurub, həmin nikahdan 7 yaşlı oğlu olduğunu düşünüb. İki il əvvəl isə ər-arvad arasındakı nikah pozulub. Həmin vaxtdan bəri Ramin məhkəmə qərarına uyğun olaraq uşağı üçün müntəzəm olaraq aliment ödəyib.
Lakin işə qəbul prosesi zamanı keçirilən tibbi yoxlama Ramində suallar yaradıb. Belə ki, analizlərin nəticəsi olaraq ona ata ola bilməsinin mümkünsüz olduğu deyilib. Eşitdiyindən şoka düşən Ramin əvvəlcə nəticənin səhv ola biləcəyini fikirləşib, belə bir şeyə inanmadığını israr edib.
Lakin atalığın müəyyən edilməsi üçün keçirilən DNT analizi də ilkin nəticəni təsdiq edib. Məlum olub ki, azyaşlının atası Ramin deyil.
Daha bir dəhşətli məqam isə həkimin yazdığı rəydən sonra üzə çıxıb. Belə ki, mütəxəssislər DNT analizinin oxşarlığını müəyyən etdikdən sonra Raminin birinci dərəcəli qohumlarından şübhələnməyə başlayıblar. Onun qardaşı olmadığı üçün atası Rizvan məcburi analizə cəlb edilib. Və uşağın atasının də elə Rizvan olduğu təsdiqlənib.
Məhkəmə araşdırması zamanı həm Raminin 64 yaşlı atası, həm də keçmiş arvadı həqiqəti etiraf ediblər. Qayınata və gəlin 8 il əvvəl bir məclisdən sonra sərxoş vəziyyətdə olduqlarını, aralarında həmin gecə cinsi əlaqə baş verdiyini deyiblər. Onlar iddia ediblər ki, bu hadisə yalnız bir dəfə baş verib və sonralar təkrarlanmayıb.
Qonşular da qayınata-gəlinin sevgi münasibətlərindən şübhələniblər. Davam etdirilən araşdırmaların nəticəsində o da üzə çıxıb ki, qadınla kişi bir neçə dəfə rayonlara birgə gəzməyə gediblər.
Tibbi ekspertizanın nəticələri və etirafedici ifadələr əsasında fakt rəsmi şəkildə təsdiqlənib. Raminin öz övladı kimi bildiyi uşaq qardaşı kimi tanınıb.
Məhkəmənin qərarı ilə Raminin iki il ərzində ödədiyi aliment məbləği ona qaytarılıb. Bundan əlavə, uşağın saxlanılması ilə bağlı aliment ödəmə öhdəliyi onun və uşağının bioloji atasının üzərinə qoyulub.
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO












