Azərbaycanda gənc biznesmen faciəvi şəkildə öldü - FOTO - YENİLƏNİB

İmişli rayonunda 30 yaşlı biznesmenin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Rayonun Ağaməmmədli kənd sakini, 1994-cü il təvəllüdlü Elşad Astanov Sarısu gölündə ovda olarkən qayıq çevrilib.
Nəticədə Elşad və onun 2 dostu gölə düşüblər. Yaxınlıqdakı şəxslərin də köməkliyi ilə onlar sudan çıxarılıblar. Lakin soyuq suda şok keçirən Elşad vəfat edib.
Qeyd edək ki, həyatını itirən gənc İmişlidə tanınmış biznesmen olub.
Onun atası Şükür Astanov regional yol istismar idarəsinin uzun müddət rəisi olub. Elşad son vaxtlar atasına məxsus asfalt zavodunu və digər obyektləri idarə edirmiş. (qafqazinfo)
***
İmişlidə yol istismar idarəsinin müdiri göldə boğulub.
İmişli şəhər sakini, 1994-ci il təvəllüdlü Astanov Elşad Şükür oğlu göldə qayığın aşması nəticəsində boğulub.
Qeyd edək ki, E.Astanov İmişli yol istismar idarəsinin müdiridi.
Faktla bağlı araşdırma aparılır. (apa)
***
İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib.
Hadisə rayon ərazisində yerləşən “Sarısu” gölündə baş verib.
İlkin məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Aslanov Elşad Şükür oğlu “Sarısu” gölündə ov edən zaman qayıq aşıb.
Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (report)
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










