Azərbaycanda güclü zəlzələ oldu - VİDEO - FOTO

Hadisə 23 Avqust 2023 07:30 Oxunub 658
Azərbaycanda güclü zəlzələ oldu  - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.

Qeyd edək ki, təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.

***

Azərbaycanda “Android” sistemli smartfonlara zəlzələ barədə xəbərdarlıq gəlib.

Zəlzələnin Bakıdan təxminən 190 km uzaqlıqda Rixter şkalası ilə 5.5 bal gücündə olduğu bildirilir.

Məlumata görə, zəlzələ Cəlilabad rayonu ərazisində qeydə alınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh