Kürdəmirdə kişi dayısını GÜLLƏLƏDİ

Hadisə 27 Dekabr 2021 13:28 Oxunub 770
Kürdəmirdə kişi dayısını GÜLLƏLƏDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Kürdəmir sakini dayısını güllələyib. Bu barədə Avtosafer.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Kürdəmir Rayon Polis Şöbəsinə dekabrın 25-də Qarasu kəndi ərazisində kənd sakini E.Teyyubovun dayısı F.Cəbrayılova məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən F.Cəbrayılovun qol nahiyələrindən xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “MR-43” markalı ov tüfəngi götürülüb.

F.Cəbraylov xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh