Azərbaycanda magistral yolu su basdı, sürücülər çətin anlar yaşadı   - VİDEO

Hadisə 15 Oktyabr 2022 09:40 Oxunub 2818
Azərbaycanda magistral yolu su basdı, sürücülər çətin anlar yaşadı    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Ələt-Qazax-Gürcüstan yolunu su basıb.

Oxu.Az xəbər verir ki, su kəmərində baş verən qəza suyun avtomobil yoluna daşmasına səbəb olub.

Bu səbəbdən yolda nəqliyyatın hərəkəti çətinləşib.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a bildirilib ki, sözügedən ərazidə gecə saatlarında qəza baş verib:

“Kür-Bakı su kəmərinin Qaradağ rayonundan keçən hissəsində böyük qəza baş verib. Ətrafa böyük həcmdə su dağılıb. Su Bakı-Qazax yoluna çıxıb və nəqliyyatın hərəkətinə maneə yaranıb.

Qurum rəhbərliyi, qəza briqada heyəti gecə saatlarından ərazidədir. Xüsusi texnikalar, su kənarlaşdıran bütün nasoslar əraziyə cəlb olunub. İlkin olaraq əraziyə dağılan suyun təmizlənməsinə çalışırıq. Ardınca isə baş verən qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçiriləcək”.

A.Cəbrayıllı qeyd edib ki, Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə cəlb ediliblər. Suyu kənarlaşdırmaq üçün əraziyə FHN-in nasos qurğuları da cəlb olunacaq.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh