Azərbaycanda nazirlik əməkdaşı silahla saxlanıldı - HƏBS EDİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı həbs edilib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları bununla bağlı əməliyyat keçiriblər. Əməliyyat zamanı ƏƏSMN-nin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sürücüsü idarə etdiyi "Fiat" markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 222 ünvanının yaxınlığında saxlanılıb. Avtomobilə baxış keçirilərkən oradan "TOZ-8" markalı odlu silah və iki ədəd patron aşkar edilərək götürülüb.
Sürücü saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə sürücü 1 il 9 ay azadlıqdan məhrum edilib.
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO










