Banner

Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ

Hadisə 9 May 2025 15:54 Oxunub 204
Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində qeydə alınıb.

Məktəbin 11-ci sinif şagirdi Amin Ağayev sinif yoldaşı Sərxan Hacıyevlə dalaşıb. Hadisə nəticəsində S.Hacıyev yumruqla A.Ağayevi gözündən vurub. Hadisədən bir gün sonra A.Ağayevin həmin orta məktəbdə işləyən anası S.Hacıyevə irad bildirib. S.Hacıyev isə A.Ağayevin anasına ağır cavab qaytarıb. Bunu görən A.Ağayev üzərində gəzdirdiyi bıçaqla sinif yoldaşına iki zərbə endirib.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə A.Ağayev 3 il 6 ay azadlıqdan məhrum edilib. A.Ağayev cəzasını uşaq tərbiyə müəssisəsində çəkəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh