Azərbaycanda polis xidməti avtomobillə velosipedçini vuraraq öldürüb - FOTO - VİDEO
Hadisə 21 Noyabr 2021 10:35 Oxunub 2006
Azərbaycanda polis xidməti avtomobillə velosipedçini vuraraq öldürüb  - FOTO - VİDEO

Dünən noyabrın 20-si gecə saat 22 radələrində Göyçay şəhərində RPŞ-in əməkdaşı polis baş serjantı Hüseyin Məmmədov xidmətdə olarkən idarə etdiyi xidməti FORD markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini 30 yaşlı Fərid Qurbanovu vurub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşı dərhal ona ilkin tibbi yardım göstərsə də o hadisə yerində vəfat edib.

Faktla bağlı müvafiq araşdırmalar aparılır.

Göyçayda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vuraraq öldürüb - FOTO  - VİDEO Göyçayda polis əməkdaşı xidməti avtomobillə velosipedçini vuraraq öldürüb - FOTO  - VİDEO Qurbanov Fərid Bayram oğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh