Azərbaycanda qarayaraya yoluxan şəxslərin son durumu AÇIQLANDI - YENİLƏNİB

Qarayara diaqnozu ilə xəstəxanaya yerləşdirilən Zaqatala rayonu Faldarlı kənd sakinlərinin son durumu açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən (KTM) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hər üç şəxs mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir".
***
16:33
"Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar:
"Xəstələrdən biri Canqa Xalis oğlu Süleymanovda qarayara diaqnozu laborator təsdiq edilib, digər iki xəstədən laborator müayinə üçün nümunələr götürülüb və Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hazırda, Zaqatala rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd İnzibati ərazi üzrə nümayəndəliyi, Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi və Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir".
***
15:05
Zaqatala sakinində qarayara xəstəliyi aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, rayonun Faldarlı kəndində, kənd sakini, 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.
Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən APA-nın yerli bürosuna verilən məlumatda fakt təsdiqlənib.
Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini - 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan da müvafiq nümunələr götürülüb, laboratoriyada yoxlanmaq üçün göndərilib.
Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam ediliblər.
(APA)
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO










