Azərbaycanda qatar relsdən çıxıb aşdı - FOTO - YENİLƏNİB
Siyəzən rayonu, Zarat stansiyasının 77-ci kilometrliyində 16 iyul 2024-cü il tarixində saat 11:10 radələrində Biləcəri stansiyasına doğru hərəkət edən "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus yük qatarının 5 vaqonunun relsdən çıxaraq aşması ilə nəticələnən qəza ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb olunublar və ərazi nəzarətə götürülüb.
"Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırmalar aparılır", - məlumatda vurğulanıb.
***
Rusiyadan Azərbaycana inşaat materialları daşıyan yük qatarı relsdən çıxıb.
Avtosfer.az xəbər verir ki, hadisə dəmiryolunun Siyəzən rayonunun Zarat qəsəbəsindən keçən hissəsində baş verib. Yük qatarının 3-4 vaqonunun relsdən çıxması nəticəsində vaqonlarda olan taxta və şalban kimi inşaat materialları yola dağılıb. Sahibkarlara ciddi zərər dəydiyi bildirilib.
Ölən və xəsarət alanlarla bağlı hələki məlumat yoxdur.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi məlumat verilməyib.
(bizim.media)