Azərbaycanda qəbiristanlıqda silahlı İNSİDENT

Tovuz rayonu Rəhimli kəndində yerləşən qəbiristanlıqda silahlı insident baş verib.
Publika.az-ın məlumatına görə, kənd sakini, 1982-ci il təvəllüdlü Qədir Qədirov sərxoş halda qəbiristanlığa gedərək oradakı daş sexinin əməkdaşına məxsus “Mercedes” markalı avtomobili atəşə tutub. Nəticədə avtomobilə 1605 manat dəyərində ziyan dəyib.
Q.Qədirov saxlanılıb. Ondan “Vinçestr” tipli, 12 mm kalibrli, “Escort” modelli yivsiz odlu ov silahı götürülüb.
Araşdırmalar zamanı məlum olub ki, bir neçə ay əvvəl Qədirin atası vəfat edib.
O, Nizaməddin adlı ustaya atasının məzarı üçün başdaşı sifariş verib. Usta ona 40 mərasiminədək daşı təhvil verəcəyini bildirib. 40 günün tamam olmasına 5 gün qalmış Qədir sərxoş halda ustaya zəng edib və daşı yerinə qoymasını tələb edib. O, daha sonra silah götürərək qəbiristanlığa gedib və Nizaməddinə məxsus olduğunu düşündüyü avtomobilə 2 dəfə atəş açıb.
Sonradan məlum olub ki, avtomobil başqa ustaya məxsus imiş.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Rayon məhkəməsinin 18.01.2024-cü il tarixli hökmü ilə o, 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










