Azərbaycanda şirkət rəhbəri HƏBS EDİLDİ - 875 min manatlıq dələduzluq

Azərbaycanda taxılın tədarükü və satışı ilə məşğul olan “Orucoğlu Aqro” MMC şirkətinin təsisçisi və direktoru Qulu Orucov cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, 1987-ci il təvəllüdlü Qulu Orucov barəsində Cinayət Məcəlləsinin 178.4-cü (Xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə üç şirkət və bir fiziki şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Məlum olub ki, “Orucoğlu Aqro” MMC-nin rəhbəri şirkətlərə müvafiq olaraq 604 min, 190 min və 57 min manat, fiziki şəxsə isə 24 min manat (ümumilikdə 875 min manat) ziyan vurmaqla dələduzluq edib. O, həmin şirkətlərdən külli miqdarda taxıl və digər məhsullar alaraq satıb. Amma Q.Orucov vəd etdiyi kimi əldə etdiyi vəsaitlə həmin malların pulunu ödəməyib.
Araşdırmalar zamanı o da məlum olub ki, şirkət rəhbəri əvvəllər də dəfələrlə dələduzluq əməllərinə görə məsuliyyətə cəlb edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 mart tarixli hökmü ilə Q.Orucova 11 il həbs cəzası verilib. Ona əlavə olaraq 1 il 6 ay vəzifə tutmaq qadağan edilib. Qulu Orucov cəzasını ciddi rejimli müəssisədə çəkəcək. (“Qafqazinfo”)
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB










