Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti üzə çıxdı - HƏBS EDİLƏNLƏR VAR

Elektrik və enerji paylama sistemləri sahəsində fəaliyyət göstərən topdansatış və mühəndislik şirkəti "Aktiv Enerji"də böyük miqdarda mənimsəmə faktı aşkarlanıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şirkətdən daxil olmuş şikayət əsasında prokurorluqda cinayət işi başlanıb.
Araşdırma nəticəsində şirkətin maliyyə şöbəsinin direktor müavini Rüfət Şəmsiyev, şirkətin kassaya cavabdeh operatorları Asim Əliyev, Vüsal Ağayev və Suğra Quliyeva cinayət məsuliyyətinə cəlb olunublar. Onlardan R.Şəmsiyev və Asim Əliyevin barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaqla müəyyənləşib ki, adları qeyd edilənlər avadanlıqların satışı nəticəsində əldə olunmuş 1 milyon manatdan artıq pulu şəxsi mənafeləri üçün mənimsəyiblər.
Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiya həddi 10 ildən 14 ilə qədər həbsdir.
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycanda mina partlayışı: Ölən və yaralanan var - RƏSMİ
Qadın müştəri kimi mağazaya girdi, qızılı ovucunda gizlədib apardı - VİDEO
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO












