Azərbaycanda TƏBİİ FƏLAKƏT baş verdi – FOTOLAR

Lənkəran rayonunun Separadi kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, təxminən 200 metr uzunluğunda olan ərazidə 7 metr hündürlükdən torpaq qatı sürüşərək Ulum çayına tökülüb.
Kənd sakinlərinin bildirdiyinə görə, sürüşmə prosesi uzun müddətdir davam edir, lakin son yağışlardan sonra daha da aktivləşib. Çayda suyun səviyyəsi artdıqda sel suları ətrafa daşır. Artıq ərazidəki meyvə ağaclarını və köməkçi tikililəri (hini) sel sularının apardığı bildirilir.
Məsələ ilə bağlı Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndis-hidrotexniki Ayıq Əliyev sözügedən kənddə olub və əraziyə baxış keçirib. O, mövcud vəziyyəti belə şərh edib:
“Müraciət əsasında Separadi kəndində selin fəsad törətdiyi yerə baxış keçirdik. Məlum oldu ki, təqribən 200 metr məsafədə sürüşmə halı baş verib. Bununla əlaqədar, idarənin texnikasının köməyi ilə təhlükənin böyüməməsi üçün yerli materiallardan müvəqqəti bəndvurma işləri aparılacaq. Daha sonra isə yuxarı təşkilatlara müraciət olunacaq, xüsusi komissiya yerində yoxlama aparacaq və layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdiriləcək”.
Qeyd edək ki, indiyədək Ulum çayının sağ və sol sahillərində 500 metrə yaxın məsafədə bəndvurma işləri görülsə də, əlavə vəsait ayrılmadığı üçün proses yarımçıq qalıb./nocomment





Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR












