Azərbaycanda universitetdə tələbələrə qiymət qarşılığında əxlaqsız təkliflər edilir? - RƏSMİ

Sosial şəbəkələrdə Naxçıvan Dövlət Universitetində bəzi dekanların tələbə qızlara əxlaqsız təkliflər etməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilib ki, tələbələrə qiymət qarşılığında cinsi əlaqədə olmaq təklif edilib. Əlavə olaraq qeyd edilib ki, tələbələr baş verənləri lentə alaraq rektora təqdim ediblər. Lakin, bunun əvəzində onlar qısnamaya məruz qalıblar.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a Universitetdən bildirilib ki, yayılan məlumatlar əsassızdır:
"Universitetdə müəllim-tələbə münasibətlərində etik qaydalara və qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət olunur. İmtahan prosesi mərkəzləşdirilmiş qaydada, şəffaflıq prinsipləri əsasında təşkil olunur və qiymətləndirmə obyektiv aparılır".
Qeyd olunub ki, məsələ universitet rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, araşdırma aparılıb və heç bir rəsmi şikayət və ya sübut aşkarlanmayıb:
"Aparılan yoxlamalar nəticəsində yayılan məlumatların heç bir əsasının olmadığı ortaya çıxıb. Artıq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub və yalan məlumat yayan şəxslər barəsində qanuni tədbirlərin görülməsi üçün proses başlanılıb".
Bakıda naməlum qadın gecə evlərin arasında gəzir - "Narkotik axtarır" - VİDEO
Bakıda narkotacirlərin saxlanılmasının ANBAAN GÖRÜNTÜLƏRİ - VİDEO
Bakıda 18 nömrəli avtobuslar yolda qaldı - SƏBƏB
DTX-dan ƏMƏLİYYAT: Müharibədə iştirak edənlər saxlanıldı
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü











