Azərbaycanda yanan məktəb binası ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Şəkidə məktəb binasında baş verən yanğın hadisəsi ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsi açıqlama verib.
Avtosfer.az xəbər verir ki, hadisə istifadəyə yararsız binanın ikinci mərtəbəsində baş verib.
Qeyd olunub ki, iyunun 19-da təxminən saat 23:10-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib:
"Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.
Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır".
***
10:10
Şəkidə məktəb binasında yanıb.
Avtosfer.az xəbər verir ki, rayonun Turan qəsəbəsində yerləşən tam orta məktəbin istifadəyə yararsız, bir müddətdir tədris keçilməyən ikimərtəbəli korpusunda yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Şəki və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində ümumi sahəsi 1326 kv/m olan ikimərtəbəli məktəb binasının ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları və birinci mərtəbənin 84 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb.
Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
(oxu.az)
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO
Yola baxmadan qaçan gənc az qala maşının altında qalacaqdı - ANBAAN VİDEO
Şəhərin mərkəzində “Mercedes” əks istiqamətdən gələn skuterlə toqquşdu - VİDEO
Bakıda hərəkətdə olan avtomobildə yanğın baş verdi - ANBAAN VİDEO
Azərbaycanda iş adamı faciəvi şəkildə öldü
Qanunsuz onlayn kazino oyunlarına qarşı əməliyyat - Saxlanılanlar var - VİDEO










