Azərbaycanın İnterpola verdiyi şəxs Türkiyədə saxlanıldı

Türkiyədə İnterpol tərəfindən axtarışda olanlara qarşı irimiqyaslı əməliyyatlar keçirilib.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında məlumat yerləşdirib. Məlumata əsasən, “Qəfəs-28” adlanan əməliyyatlar İstanbul, Antalya, Sakarya, Bolu, Çanakkale, Eskişehir, İzmir, Manisa, Muğla, Şanlıurfa ve Yalova da daxil 11 şəhərdə baş tutub. Nəticədə ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Fas, Fələstin, Hindistan, İsrail, İran, Qatar, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən beynəlxalq axtarışa verilən 56 nəfərin hamısı ələ keçirilib.
Əməliyyatda tutulan şəxslərin kriminal qruplaşmalara üzv olmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, quldurluq, saxtakarlıq, soyğunçuluq, dələduzluq, qanunsuz miqrasiya, qətl, fahişəlik, oğurluq, qaçaqmalçılıq, rüşvətxorluq, korrupsiya və saxtakarlıq kimi cinayətlərdə ittiham olunduqları müəyyənləşib. (lent.az)
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










