Azərbaycanın sabiq baş nazir müavininin oğlu Almaniyada itkin düşdü - FOTO (YENİLƏNİB)

"Almaniyada itkin düşdüyü deyilən Tamerlan Təhməzovun anası yayılan məlumatlarla razılaşmır".
Avtosfer.az-ın məlumatına görə, gənc oğlanın anası Lent.az-a bildirib ki, oğlunun itkin düşməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, oğlu Tamerlanla yaxın günlərdə telefon vasitəsilə əlaqə saxlayıb.
Qeyd edək ki, Tamerlan Təhməzov sabiq baş nazirin müavini Əli Təhməzovun oğludur.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Almaniyanın paytaxtı Berlin şəhərində doktorantura təhsili alan Tamerlan Təhməzovun itkin düşməsi barədə xəbər yayılıb.

**
Almaniyada yaşayan azərbaycanlı tələbə Tamerlan Təhməzov itkin düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az-a həmin ölkədə yaşayan həmyerlilərimiz məlumat veriblər.
Bildirilir ki, T.Təhməzov Berlin şəhərində doktorantura üzrə təhsil alır. O, bir neçə gündür, itkin düşüb və ailəsi ondan xəbər ala bilmir.
Həmçinin qeyd olunub ki, son günlər Tamerlanda psixoloji problemlər yaranıb, hətta yaşadığı yerə də getməyib. Onun tapılması üçün polisə müraciət edilib. Hazırda tədbirlər görülür.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Tamerlan Təhməzov sabiq baş nazir müavini Əli Təhməzovun oğludur. Ə.Təhməzov 1993-94-cü illərdə baş nazirin müavini olub. O, həmin illərdə Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri vəzifəsini də tutub.
Bakı metrosunda sərnişinlər qatardan DÜŞÜRÜLDÜLƏR - FOTO - VİDEO
Bakıda ticarət mərkəzində FACİƏ: Liftin şaxtasına düşüb öldü
Yanacaqdoldurma məntəqəsinin kafesi alovlandı – İlk müdaxiləni vətəndaşlar etdi - VİDEO
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO










