Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar

Rusiyanın Tuapse şəhərində məhkəmə azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus ümumi dəyəri 960 milyon rubldan artıq olan aktivlərin dövlətin gəlirinə keçirilməsi barədə qərar verib. Avtosfer.az xəbər verir ki, dövlət xəzinəsinə “Sipayn Resort” şirkəti də daxil olmaqla, eyniadlı kurortun tikintisini həyata keçirən müəssisə, eləcə də biznesmenin şəxsi əmlakı mənzil, ev və avtomobillər keçib. İş adamının şəxsi əmlakı təxminən 300 milyon rubl dəyərində qiymətləndirilib. Aktivlərin müsadirəsi kurortun tikintisi zamanı ətraf mühitə vurulan ziyanın kompensasiyası məqsədilə prokurorluğun təşəbbüsü ilə həyata keçirilib. Nəzarət orqanının məlumatına görə, ekoloji zərərin məbləği 1 milyard rubl təşkil edir. İş materiallarında qeyd olunur ki, Şahlar Novruzov formal olaraq “Sipayn Resort” MMC-nin sahibi deyil. Lakin hüquq-mühafizə və nəzarət orqanlarına məlumdur ki, kurortun tikintisi onun birbaşa rəhbərliyi ilə həyata keçirilib. Bu hal biznesmenin nəzarətində olan aktivlərə yönəlik müsadirə qərarının verilməsinə əsas olub.
“Sipayn Resort” kurortu Tuapse rayonunun dənizkənarı Sosnovıy qəsəbəsində yerləşir. Layihənin tikintisi dəfələrlə təbiəti mühafizə prokurorluğu və Rosprirodnadzor tərəfindən yoxlanılıb. Aparılan yoxlamalar zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib: su mühafizə zonasında qanunsuz tikinti, təmizlənməmiş tullantı sularının axıdılması və yaşıllıqların məhv edilməsi kimi hallar müəyyən olunub.
Məhkəmənin aktivlərin müsadirəsi barədə qərarı son illərdə regionda ekoloji ziyanın ödənilməsi ilə bağlı ən iri işlərdən biri hesab olunur. Qeyd olunur ki, müsadirə edilmiş əmlak Rusiya büdcəsinə yönəldiləcək və sonradan tikinti aparılan ərazidə ətraf mühitin bərpası xərclərinin qarşılanmasına sərf ediləcək./Lent.az/
Metronun yaxınlığında əlbəyaxa dava: Qadın kişini döydü - VİDEO
Xankəndidə “Niva” hərəkətdə olarkən yandı - FOTO - VİDEO
Bakıda dəhşət: 20 gün sonra toyu olacaq 17 yaşlı qız sığınacağa QAÇDI
Şəkidə itlər Niderland vətəndaşına hücum etdi: XƏSARƏTLƏRİ AĞIRDIR - VİDEO
Bakıda sürücü avtobusu qapısı açıq sürdü? - VİDEO
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ÖLDÜ
"Əhmədli" stansiyasında sərnişin QATAR YOLUNA DÜŞÜB
Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO
Azərbaycanlıların müntəzəm istifadə etdiyi aeroportda malyariya – Bir əməkdaş öldü
Milyard yaşlı muzey eksponatları oğurlandı
Bölgədə ən uzun qatar səfərləri: Azərbaycanda məsafə nə qədərdir? – ARAŞDIRMA










