Azərbaycanlı gənc Mayamidə faciəvi şəkildə öldü - FOTO - YENİLƏNİB

ABŞ-nin Florida ştatının Mayami şəhərində azərbaycanlı gənc Ceyhun Sadibəyli faciəli şəkildə həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Bakupost.az-a Ceyhun Sadibəylinin yaxınları bildirib.
Onların dediyinə görə, hadisə "South Beach" adlanan ərazidəki çimərlikdə baş verib. Belə ki, orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xanımını ölümün cəngindən xilas edən Ceyhun özü boğularaq həlak olub.
Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğulmuşdu. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.



***14:06
ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərində azərbaycanlı gənc vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Floridada yaşayan həmyerlilərimiz məlumat yayıb.
Bildirilib ki, Bostonda yaşayan Ceyhun Sadıqbəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə suda boğularaq ölüb.
Xəbəri rus dilində oxuyun: Скончался полузащитник сборной Израиля по футболу
Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
“Azərbaycan Universitetləri” səhifəsinin məlumatına görə, Ceyhun illər öncə 665 balla ADA Universitetinin biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq oradan məzun olub.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












