Azərbaycanlı iş adamının oğlu Rusiyada məmuru döydü - VİDEO

Hadisə 5 İyun 2024 17:06 Oxunub 206
Azərbaycanlı iş adamının oğlu Rusiyada məmuru döydü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rusiyada Faiq Quliyev adlı biznesmenin oğlu Meqion şəhərinin bələdiyyə nəzarəti şöbəsinin rəhbəri Semyon Qoliki döyməkdə təqsirləndirilir.

Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı “Ura.ru” portalı yayıb. Hadisə məhkəmə zalında qeydə alınıb. 

Məlumata görə, insident 2023-cü ilin fevralında Faiq Quliyevin övladları və Semyon Qolik arasında baş verən dava ilə bağlı keçirilən məhkəmə prosesi zamanı olub. Bildirilir ki, iclas zalından çıxan tərəflər söhbəti zaldan kənarda davam etdirib. Bu zaman yenidən tərəflər arasında dava düşüb və Quliyevin kiçik oğlu Qolikə zərbə endirib. 

Portal davanın görüntülərini də paylaşıb. 

Rusiyalı məmur insidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə ilə bağlı cinayət işi başladılıb.

Faiq Quliyevin azərbaycanlı olduğu bildirilir. 

(qafqazinfo)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh