Azərbaycanlı kriminal avtoritetin sifariş etdiyi qətlin qarşısı alınıb

Gürcüstanda sifarişli qətlin qarşısı alınıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze brifinqdə bildirib. Saxlanılan 2007-ci il təvəllüdlü şəxs kriminal avtoritet Elmuraz Məmmədovun göstərişi əsasında Laqodexi rayonunun Qabal kəndinin sakinini qətlə yetirməli olub. Qətli sifariş edilən şəxs Məmmədovun təhdidlə tələb etdiyi 200 min ABŞ dollarını ödəməkdən imtina edib. Axtarış zamanı saxlanılan şəxsin üzərindən Makarov sistemli tapança müsadirə olunub. O, günahını etiraf edib. Elmuraz Məmmədov barəsində bir sıra cinayət işləri üzrə istintaq aparılır. Son aylar ərzində ona müxtəlif işlər üzrə qiyabi ittihamlar irəli sürülüb. Məmmədovun İnterpolun "qırmızı xətti" ilə axtarışda olduğu və xaricdə gizləndiyi bildirilib. Saxlanılması üçün Gürcüstanın hüquq-mühafizə orqanları intensiv iş aparırlar.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












