Azərbaycanlı qadın Türkiyədə döyüldü – ANBAAN VİDEO

Türkiyədə yaşayan azərbaycanlı qadın evinə gələn qonşusu tərəfindən uşaqlarının gözü önündə hücuma məruz qalıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, azərbaycanlının qapısını döyən qonşu səs-küydən şikayətlənib. Mübahisə qısa zamanda böyüyərək davaya çevrilib. Həmin anlar evdə quraşdırılmış təhlükəsizlik kamerasına əks olunub. Kadrlarda azərbaycanlı qadının uşağının bu hücumdan qorxaraq ağladığı və anasının onu sakitləşdirmək istədiyi görünür. Bu zaman qonşu uşağının gözü qarşısında onun saçlarını yolub. Davaya müdaxilə etmək üçün araya girən başqa bir kişinin cəhdi isə gərginliyi azaltmaq əvəzinə daha da artırıb. Şiddətə məruz qalan azərbaycanlı qonşusundan polisə şikayət edib və hadisə səbəbindən uşaqlarının böyük qorxu yaşadığını bildirib. Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıb.
Skuterlə yolu kor-koranə keçən oğlan avtobusa çırpıldı - ANBAAN VİDEO
77 yaşlı kişini maşın vurub ÖLDÜRDÜ
Cəlilabadda əmisinin baltaladığı uşaqlardan biri öldü - YENİLƏNİB
Bakıda "Mercedes" yandı
Sürücülərin "qaranlıq imtahanı": Magistral yolda işıqlar niyə söndürülüb? - VİDEO
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO











