Azərbaycanlı qadınları evlənmək adı ilə əcnəbilərə satan şəxs TUTULDU - VİDEO

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.
Avtosfer.az-ın məlumatına görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.
R. Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İstintaqla həmçinin müəyyən edilib ki, R. Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO
Bir marketdən oğurlayıb başqasına satdı - Polis saxladı
Bakıda piyada ayrıcı maneənin üzərindən maşının qabağına tullandı - ANBAAN VİDEO
Qonşunun evindən 11 manatdan çox pul oğurlayan kirayənişin saxlanılıb - FOTO - VİDEO
Sumqayıtda az qala vurulan qadın maşına hücum etdi - ANBAAN VİDEO
Polis qatar yoluna daş düzənləri aşkar etdi - İkisi də azyaşlıdır - VİDEO
Bakıda məşhur ticarət mərkəzinin qarşısında qadını maşın vurdu - VİDEO - YENİLƏNİB
Qulaqlığı taxıb yolun ortasıyla gedən piyada qorxulu anlar yaşatdı - REAL VİDEO
Yanacaqoldurma məntəqəsində telefonla danışan xanım sürücünün başına iş gəldi – Siz də diqqətli olun - VİDEO
Prospektdəki xətdə qəza - Maşınlar suyun altında qaldı - VİDEO
Tutduğu quşun ayağına butulka bağlayıb suya atdı - ANBAAN VİDEO









