Azərbaycanlı Səbinə toy qızılları ilə yoxa çıxdı - FOTO - VİDEO

Türkiyədə dələduzluqda ittiham edilən Azərbaycan vətəndaşı 26 yaşlı Səbinə Vahabova axtarışa verilib.
Avtosfer.az “Halktv”yə istinadən xəbər verir ki, S.Vahabovanın “ailə qurduğu” şəxsləri aldadaraq toy məclisindən toplanan qızılları ələ keçirib qaçdığı məlum olub.
Belə ki, Türkiyə polisinə ilk müraciət ötən ilin 28 noyabrında Çorum şəhərindən daxil olub.
Müraciət edən şəxs Səbinə ilə dini nikaha daxil olduğunu və toy keçirildiyini, həmin mərasimdə qonaqlar və yaxın qohumların onlara 500 min lirə dəyərində qızıl hədiyyə etdiyini deyib. Lakin toydan 1 gün sonra S.Vahabova qızılları götürərək qaçıb.
Növbəti analoji hadisə isə bu ilin fevralında Kocaeli vilayətinin Gebze şəhərində baş verib. Polisə müraciət edən 39 yaşlı kişi Səbinə ilə tanış olub evləndiyini və dini nikaha daxil olduğunu, lakin qadının 300 minlik qızılları götürüb yoxa çıxdığını bildirib.
S.Vahabovanın görüntüləri yayıldıqdan sonra daha bir nəfər Konyadan oxşar şikayətlə müraciət edib. Həmin şəxs Zəhra Zamarova adlı qadınla tanış olub evlənmək niyyətində olduğunu, lakin həmin qadının özünü şübhəli apardığını hiss etdiyini deyib. Onun şəkillərini çəkməyə icazə vermədiyindən qadın qısa müddət sonra Konyanı tərk edib və həmin şəxsdən uzaqlaşıb.
Bildirilir ki, S.Vahabovanın ad-soyadını dəyişdirərək başqa şəxslərə qarşı da oxşar əməllər törətdiyi istisna edilmir.

Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












