Azərbaycanlı sürücü ikisi polis olmaqla, 4 nəfəri əzdi

Rusiyanın Tver şəhərində azərbaycanlı sürücü 4 piyadanı vurub.
Avtosfer.az Rusiya mediasına istinadla bildirir ki, hadisə Osnabrük küçəsində baş verib.
27 yaşlı azərbaycanlı sürücü “Opel” markalı avtomobillə hərəkətdə olarkən ikinci dərəcəli yoldan “Chevrolet” idarə edən qadın çıxıb. İlkin versiyaya görə, ilk avtomobilin sürücüsü sürət həddini aşıb, lakin ikinci avtomobili ötüb keçmək üçün etdiyi manevrdən sonra idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra isə dayanacaqda dayanan insanların üstünə çırpılıb.
Qəza nəticəsində dörd nəfər xəsarət alıb, onların arasında DİN-in iki əməkdaşı da var. Məlumatlara görə, zərərçəkən qadınlardan biri ağır vəziyyətdədir, digəri isə komadadır. Daha iki nəfər, o cümlədən yeddi yaşlı uşaq da xəsarət alıb.
Qəzadan sonra azərbaycanlı sürücü müəyyən hərəkətlərin qadağan edilməsi ilə evə buraxılıb. Tver vilayətinin prokurorluğu isə apellyasiya qaydasında sürücüyə qarşı seçilmiş qətimkan tədbiri ilə bağlı məhkəmə qərarını şikayət edib.(lent.az)
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












