Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ öldü - FOTO - VİDEO

Qəzalar 6 Mart 2026 09:23
Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ  öldü - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.

"Məlumata görə, Daşkəsən rayon sakini, 1979-cu il təvəllüdlü Samir Əhməd oğlu Səmədovun idarə etdiyi MAN markalı 60-AC-426 dövlət nömrə nişanlı yük maşını "Lexus" markalı 77-GE-211 dövlət nömrə nişanlı avtomobili və onun yanında dayanmış sürücü - 1983-cü il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.

Nəticədə Kamil Sərməsov hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Kamil Sərməsov keçmiş ANS telekanalının məşhur layihələrindən olmuş "Toylar Kralı"nın finalçılarından idi.

 

 

Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ öldü - VİDEO - FOTO

Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ öldü - VİDEO - FOTO

Azərbaycanlı tanınmış MÜĞƏNNİ FACİƏLİ ŞƏKİLDƏ öldü - VİDEO - FOTO

 

***09:23
Müğənni Kamil Sərməsov qəza nəticəsində həyatını itirib.

Avtosfer.az xəbər verir ki, bu barədə mərhumun sənət yoldaşları məlumat veriblər. 

Oxunub : 560
ŞƏRH YAZ
Ad

E-mail

Şərh