Azərbaycanlılara qarşı əməliyyat keçirildi - Sabirabadlı avtoritet saxlanıldı - VİDEO

Rusiya xüsusi təyinatlı polis qüvvələri Voronejdə azərbaycanlılara qarşı əməliyyat keçirib.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "Major's Burst" Telegram kanalı məlumat yayıb.
Bildirilir ki, həbs edilənlər arasında Voronej şəhərində nüfuz sahibi olan, "Alekseevskaya bazarı"nın nəzarətçisi, kriminal avtoritet Niyaz Zahidov da var.
N.Zahidov 2005-ci ildə Voronej məhkəməsi tərəfindən qəsdən adam öldürməyə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Azərbaycanda çəkib, vaxtından əvvəl azadlığa buraxılıb. Sabirabad Rayon Məhkəməsi tərəfindən məhkumluğu vaxtından əvvəl götürülüb.
O, bir neçə dəfə Voronejə getmək istəsə də, Rusiyaya buraxılmayıb. Zahidov 2019-cu ildə Rusiya vətəndaşlığını alıb.
Sonuncu dəfə polis tərəfindən saxlanılarkən Zahidovun Rusiya pasportu əlindən alınıb və qanunsuz miqrantlar üçün saxlama mərkəzinə göndərilib. Onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir.
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO









