
Azyaşlı atasına həyəcanlı anlar yaşatdı - ŞOK VİDEO
Hadisə
31 Mart 2023 14:29
Oxunub 438

Atasından xəbərsiz yolda qaçdı, son anda qurtuldu.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə maraqla qarşılanan hadisə İndoneziyada qeydə alınıb. Yük maşınının videoregistratorunda əks olan görüntüdən bəlli olduğu kimi azyaşlı anidən maşın yoluna çıxır və qaçmağa başlayır. Yol boyunca hərəkət edən avtobusun pəncəsindən son anda qurtulan uşaq atasının müdaxiləsi ilə təhlükədən sıyrılır.
Qeyd edək ki, uşağı nəzarətsiz şəkildə yola buraxdıqları üçün onun valideynləri sosial mediada qınaq obyektinə çevrilib.
Nərmin Əkbər
ŞƏRH YAZ