Banner

Azyaşlı qız beşinci mərtəbədən maşının üzərinə düşdü - VİDEO

Hadisə 12 İyun 2025 23:06 Oxunub 358
Azyaşlı qız beşinci mərtəbədən maşının üzərinə düşdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Beşinci mərtəbədən avtomobilin üzərinə yıxılan yaş yarımlıq qız sağ qalıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Siirt bölgəsində baş verib. Məlumata görə, Koperativ məhəlləsində yerləşən yaşayış binalarından birinin 5-ci mərtəbəsindəki mənzilin eyvanından müvazinətini itirən 1,5 yaşlı Rabia Asel D. park edilmiş 26-TU-740 dövlət nömrə nişanlı avtomobilin üzərinə düşüb. 
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Rabia hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Müalicəsi davam edən Rabia Aselin səhhətinin yaxşı olduğu və tezliklə evə buraxılacağı bildirilib.
Sözügedən hadisənin videosunu təqdim edirik:

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh