Azyaşlı qız qətlə yetirilibmiş - Ana 23 il sonra tutulub

23 il əvvəl baş verən dəhşətli cinayət hadisəsinin üstü açılıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində olub. Bu iş üzrə iki nəfər-Alidə Dadaşova və İsmayıl Quliyev cinayət məsuliyyətinə cəlb edilib. İstintaq materiallarında yazılıb ki, Alidə Dadaşova 23 il əvvəl yaşadıqları evdə azyaşlı qızını xüsusi amansızlıqla qətlə yetirib. Həmin vaxt onun əri həbsdə imiş. Davam edən istintaqla məlum olub ki, Alidənin tanışı İsmayıl Quliyev öldürülən azyaşlıya cinsi zorakılıq edibmiş. Bu da ananın cinayət törətməsinə əsaslardan biridir. Alidə və İsmayıl düz 23 il bu cinayəti gizlədə bilib. Hazırda iş hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu gün hakim Fəxri Məmmədovun sədrliyi ilə ilk iclas keçirilib. Cinayət işi baxışa təyin edilib. Hadisənin təfərrüatı ilk baxış iclasında daha aydın olacaq. Təqsirləndirilən şəxslərə köməksiz vəziyyətdə olan şəxsi xüsusi amansızlıqla öldürmə, zorlama və başqa ağır maddələrlə ittiham verilib. Bu maddələrin sanksiya həddi ömürlük məhkumluğa qədərdir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












