Azyaşlı qızına şiddət göstərən ana ilə bağlı açıqlama - VİDEO

Sosial şəbəkələrdə azyaşlı qıza anası tərəfindən şiddət göstərilməsini əks etdirən görüntü yayılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
Görüntüdə uşağın bir ayağı üstə küncə qoyulduğu aydın olur. Anası tərəfindən çəkilən kadrlarda azyaşlının döyüldüyü, bədənində salamat yerin olmadığı etiraf olunur.
K. Ağazadənin sözlərinə görə, anası azyaşlını ötən gün kəmərlə döyərək həyətə atıb. Hazırda isə telefon zənglərinə cavab vermir: “Ana telefonları açmır, amma yəqin ki, izləmək olar. Azərbaycan Uşaqlar Birliyi olaraq uşağı qəbul etməyə hazırıq. Ana isə məcburi müalicəyə göndərilməli,valideyn hüquqları məhdudlaşdırılmalıdır!”
Görüntülərin necə yayıldığı isə məlum deyil.
Yayılmış görüntülərlə bağlı DİN-ə sorğu ünvanladıq. Qurumun Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirdi ki, artıq azyaşlıya şiddət göstərən şəxs müəyyən olunub: “Sosial şəbəkələrdə azyaşlının təzyiqlərə məruz qalması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılır. Həmin şəxsin kimliyi artıq müəyyən olunub və onun saxlanılaraq barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də məsələnin araşdırıldığı qeyd edildi: “Hazırda bu məsələ ilə bağlı araşdırma gedir. Aidiyyəti qurumlara da rəsmi müraciət olunub. Ana sabah üçün polisə dəvət olunub. Əgər gəlməsə, evinə səfər olunacaq. Həmçinin uşağın vəziyyəti araşdırılacaq”.
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT








