Azyaşlıdan uşağı olan kişi ilə bağlı hökm dəyişir

Ağcabədidə 14 yaşlı qızın ana olması və bu iş üzrə məhkəmə hökmü geniş müzakirələrə səbəb olub. Yetkinlik yaşına çatmayan şəxslə dəfələrlə cinsi əlaqədə olmaqda təqsirli bilinən 24 yaşlı Ceyhun Ağayevin şərti cəzalandırılması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxsə şərti cəza təyin edilməsi prokurorluğu da narazı salıb. Eyni əsasla bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.
Məhkəmənin 12 mart 2025-ci il tarixli hökmü ilə Ceyhun Ağayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək bu cəzanı 1 il sınaq müddəti təyin olunmaqla şərti hesab edib.
Prokurorluq hesab edir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi cinayətin ictimai təhlükəliliyini və ağırlığını nəzərə almadan, qanunvericiliyin prinsiplərinə uyğun olmayan yüngül cəza təyin edib.
Bu səbəbdən, hökmün ləğv edilməsi və təqsirləndirilən şəxsə sanksiya həddində azadlıqdan məhrumetmə cəzasının verilməsi tələb olunur.
Protestə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












