Reklam

Azyaşlılara tütün məmulatları satan şəxslər CƏRİMƏLƏNDİ

Hadisə 18 Noyabr 2024 21:09 Oxunub 184
Azyaşlılara tütün məmulatları satan şəxslər CƏRİMƏLƏNDİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Şirvanda azyaşlılara tütün məmulatları satan şəxslər barəsində tədbirlər görülüb.

Bu barədə Avtosfer.az-ın Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı dörd mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

Məlumata görə, həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh