Azyaşlıları cəlb edib it döyüşdürən şəxs və valideyni barəsində tədbir görüldü - VİDEO

Göyçayda it döyüşdürən şəxs və valideyni barəsində protokol tərtib edilib.
Avtosfer.az-ın Oxu.az-aistinadən verdiyi məlumata görə, fevralın 27-də sosial şəbəkədə it döyüşdürülməsi ilə bağlı paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Həmin görüntülərin Göyçay rayonunda qeydə alındığı müəyyən edilib və əməli törədən yetkinlik yaşına çatmayan şəxs valideyni ilə birlikdə ərazi polis orqanına dəvət olunub.
Onların hər ikisi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək qərar qəbul olunması üçün aidiyyəti üzrə göndərilib.
Xatırladaq ki, fevralın 27-də iki itin döyüşdürülməsi ilə bağlı görüntülər sosial şəbəkədə yayılmışdı. Paylaşılan videolardan məlum olur ki, aralarında güc balansı olmayan itlər digərinə xəsarət yetirir, hadisəyə şahidlik edən şəxslər isə bunu coşqu ilə qarşılayırdılar.
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT








