Badamdar ərazisində sürüşmə təhlükəsi yaranıb - Yol bağlandı - FOTO - VİDEO

Hadisə 5 Aprel 2026 09:00
Badamdar ərazisində sürüşmə təhlükəsi yaranıb - Yol bağlandı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hazırda yamacın yuxarı hissəsində sürüşmənin aktivləşdiyi bildirilir.

Təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları hadisə yerinə cəlb olunub.

Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti dayandırılıb, yol bağlanıb.

Məsul şəxslər hazırda ərazidədir. Polis ərazini nəzarətə götürüb.

Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.

 



Oxunub : 362
ŞƏRH YAZ
Ad

E-mail

Şərh